Məşhur iranlı müğənni Ququş ABŞ-dan qovulacağından qorxur. APA TV-nin xəbərштə görə, bu sözləri o, "Euronews"a müsahibəsində deyib. ABŞ-da yaşıl kartla yaşayan və hazırda Londonda olan Ququş prezident Donald Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarına ABŞ-a girişi yasaqlamasından sonra çətin vəziyyətlə üzləşib: "ABŞ mənim ikinci evim sayılır. Müsəlman olduğum üçün ölkəyə girişimdə problem yaranmağından qorxuram. Vəkilim zəng edərək məni xəbərdar edib".
Ququş bildirib ki, ikinci evindən də qovularsa, özünə yaşamaq üçün neytral bir yer tapmaq məcburiyyətində qalacaq. Şengen vizasının vaxtının bir neçə aya bitəcəyini bildirən müğənni İrana da geri qayıda bilməyəcəyini söyləyib.