Müasir İncəsənət Muzeyində Qabriel Qarsiya Markesin xatirəsi anılacaq.
Bu gün Bakı Müasir İncəsənət Muzeyində Kolumbiyanın Azərbaycandakı səfirliyi dünya şöhrətli yazıçı Qabriel Qarsiya Markesin anma mərasimini keçirəcək.ANS PRESS-in məlumatına görə, tədbirdə Azərbaycan hökumətinin, ölkədə akkreditə olunan diplomatik korpusun, yerli Latın Amerikalı icmasının nümayəndələri, alim, rəssam, yazıçıların iştirakı gözlənilir. Bu barədə muzeydən bildirilib.
Mərasimdə kolumbiyalı yazıçı Oktavio Eskobar ədəbiyyat üzrə Nobel mükafatının kolumbiyalı laureatının həyat və yaradıcılığı, həmçinin müasir Kolumbiya ədəbiyyatı haqqında danışacaq.
Tədbirdə kolumbiyalı fotoqraf Nereonun çəkdiyi Qabriel Qarsiya Markesin fotoşəkillərinin sərgisi də nümayiş olunacaq.