Banqladeşin paytaxtı Dəkkə şəhərində ölkənin milli institusional imkanlarının möhkəmləndirilməsinə yönəlmiş bir sıra təlimlər keçirilir.
"Report" YUNESKO-nun rəsmi saytına istinadən xəbər verir ki, seminarlar Azərbaycanın dəstəyi ilə YUNESKO-nun qeyri-maddi mədəni irs Fondu tərəfindən maliyyələşdirilən "Banqladeşdə davamlı inkişaf üçün qeyri-maddi mədəni irsin qorunması" layihəsi çərçivəsində keçirilir.Seminarlar özündə nəzəri və praktiki sessiyaları birləşdirir.