Çəkərik dərdi dara... - RƏŞİD FAXRALI

Çəkərik dərdi dara... - RƏŞİD FAXRALI backend

Əbdürrəhmanlı Rəhim kişinin xatirəsinə

Qada gəldi, bəd gəldi. Qadalarla dabanbasaraq dərd gəldi. Dərd dərd gətirdi; bir şəhi¬din torpağı qurumamış başqa oğul şəhid oldu. Şəhid-şəhid böyüyən Əbdürrəh¬man¬lıda canı bu kəndə çataqlı olanların dərdi, Əbdürrəhmanlıdan uzaqda kimlərinsə boyu bö¬yü¬dü...
Qada tufantək gəldi. Yayın cırhacırında ruhu üşüyən Əbdürrəhmanlılar “bir əl, bir ətək qalmışdı”. Özüydü, əli silah tutan oğullarıydı, bir də ata yurdunun daldalandığı qeyrət¬liləriydi. Hələ ki, dizində taqət, ürəyində təpər vardı Əbdürrəhmanlıların. Rəhim kişi də onların sırasındaydı...
İllərin sıxılcımları ağrıya-ağrıya, için-için ağlaya-ağlaya açılan səhərlərin can köynə¬yi¬nə dönmüşdü, torpağın irili-xırdalı yaralarına məlhəm eləməyə gücü çatmayanların ruhu¬nun göynəyinə dönmüşdü. Yağan yağışlar ürəklərinə yağmışdı, əli silah tutanlar, tufanın yaxınlaşdığını hiss eləyənlər duyduqlarını, ürəyinə damanları qadınlardan, uşaqlardan giz¬lə¬yə-gizləyə, qar qalağını diz¬lə¬yə-dizləyə evdən səngərlərə getmişdi; səngərlərdə isinmiş¬di¬lər, nə¬fəs-ləriylə səngərləri isit¬miş¬dilər...
Rəhim kişi də digərləri kimi ata yurdunu qorumuşdu – eli qorumuşdu, Vətəni qo¬ru¬muş¬du. O da di¬¬gərləri kimi əsgər ömrü ya¬şa¬mış¬dı...
Yayın yay günü el yerimişdi. “El yeridi, yalqız qaldım səhrada...” – pıçıldadı Rəhim kişi. Pıçıltısını kimsə eşitmədi. Təklənmiş yurdsevərliyin harayını vaxtında eşitməyənlər indi heç eşitməzdi, eşidə bilməzdi. Zaman dayanmışdı elə bil. Əl¬lə¬riy¬lə dikəltdiyi evin da¬şı¬na-divarına baxdı, yaraları qay¬saq¬la¬mayan torpağına baxdı, göy üzündə vurnuxan bir-birini dümsükləyən qara buludlara bax¬dı...
Göz yaşları ürəyinə axdı . Könül mülkünün titrəyişi Füzulidə – Əb¬dür¬rəh¬manlıda söz pey-ğəmbəri Füzu¬li¬nin bir misrasına sarıldı: “Dərd çox, həmdərd yox, tale zəbun, düşmən qəvi...”. Qəhərləndi. Zamanında qəhərini dözümüylə, səbriylə, ata yurduna, ata yurdunun sığındığı elinə sevgisiylə əridərdi. İndi digərləri kimi onun da çarəsi, əlacı cin düyününə düşmüşdü. Bu düyündən Tanrının xəbəri yoxuydu. Bu düyünü salanlar salmışdı. Düşün¬cə¬lə¬rində təəssüf yüklü bir bayatı gümüldənirdi:

...kül dərdi,
Ocaq dərdi, kül dərdi.
Gözlərim bu yaşımda
Köz dərmədi, kül dərdi...


Baş daşlarının səssiz harayını eşidirdi: “Hara getdilər? Hara gedirsən?..”. Nə deyəydi? Necə deyəydi ki, bu qada ayrı qadadı. Bu qadanın yolunu kəsməyə Umud¬la¬rın gücü çat¬maz¬dı, çatmadı. Umudların ümid olduqları başbilənlər bu qadanı görə-görə görməz oldular, duya-duya duymaz oldular. Nəsiminin dərisi o gün soyuldu, Cavad xan o gün qətlə yetirildi, Məhəmməd Hadi o gün yoxa çıxdı, ... O gün gələn qada Əbdürrəhmanlının son ümidini na-məlumluğa kür¬¬mə¬lə¬di. O gün Araz hönkürdü, Kür mələdi, Xəzər coşdu, Ərgünəşin əziz¬lə¬rinin əllərindən üzülən daş əlləri üyüşdü, ...
O gecə qısqırdılmış qada arxayınlıqla gərnəşdi...
Ürəyinə nə damdısa, Rəhim kişi evinin divarlarını əlləriylə isindirdi. Göy üzünə baxdı; buludlar seyrəlmirdi...
İllərinin gecələri də uzun çəkdi, gündüzləri də. Bu həsrət, bu intizar gün¬düz¬lər ürəyinin dərd yükünə döndü, gecələr yuxusunda gecələdi. Bu boyda-biçimdə bi¬çim¬siz həsrət, intizar ürəyinə yük olmuşdu. Gecələrini bir bayatıyla səhər eləyirdi, gündüz¬lə¬ri¬nin gecəsinə bu bayatı çəkib aparırdı Rəhim kişini:
...dərdi dara,
Yaxın gəl, dərdi dara.
Əlimdə imkan olsa,
Çəkərdim dərdi dara...

Gecələrin səhərinə, səhərlərin gecəsinə tələsə-tələsə son nəfəsinə yol ge¬dir¬miş. Əb¬dür-rəhmanlıya – ruhunun beşiyinə Umudunun, Umudların çiyinlərində qayıtdı. Qışın qış günü bu əməlisaleh ki¬şi¬nin ruhunun qıırı¬şı¬ğı açıldı...
Ruhunun Kəbəsinə qayıtdı Rəhim kişi. Umudunun, Umudların çırpınan qəhəri bir təsəlliyə sığınmışdı: son nəfəsinəcən ata yurdu deyən, el-oba deyən Kişinin qəbri qərib düşmədi...
O gün Əbdürrəhmanlıya yağan ağca yağış tez kəsdi, ata yurdunu, el-oba¬sı¬nı bun¬ca se¬vən kişinin ruhunu islatmaq istəmədi...

Rəşid Faxralı,
əməkdar jurnalist


Diaspora