Coşqun bu günlərdə növbəti dəfə öz müalicəsi çərçivəsində radioaktiv yod qəbul edib
Əməkdar artist Coşqun Rəhimov yenidən müalicəyə başlayıb.XəzərXəbər xəbər verir ki, bu haqda “Bu şəhərdə” komandasının ssenaristi Müşviq Abbasov "Facebook" səhifəsində məlumat verib. M.Abbasov uzun müddətdir qalxanabənzər vəzi xərçəngindən əziyyət çəkən aktyorun hazırda evə buraxıldığını deyib:
“Coşqun bu günlərdə növbəti dəfə öz müalicəsi çərçivəsində radioaktiv yod qəbul edib. Yüksək peşəkarlığa görə Milli Onkologiya Mərkəzinin əməkdaşlarına “Bu şəhərdə” komandası adından təşəkkür edirəm. Coşqun artıq ev şəraitində müalicəsini davam etdirir. İnşallah, bir neçə günə məşqlərimizə başlayacağıq”.