Yazıçı, publisist Seymur Şeydayevin kitabı işıq üzü görüb

Yazıçı, publisist Seymur Şeydayevin kitabı işıq üzü görüb backend

QAZİLER.AZ saytı xəbər verir ki, yazıçı, publisist Seymur Şeydayevin “Bitməmiş son” kitabı işıq üzü görüb.

“Tuna” nəşriyyatında çap olunan kitabda müəllifin qələmə aldığı “Uduş”, “Bir yeşik alma”, “Fil Tahir və ya bir balon çaxır” adlı hekayələri, “Bitməmiş SON” povesti yer alıb.

Kitaba ön sözü Azərbaycan Milli Elmlər Akademiyasının Folklor institutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov yazıb.

“Bitməmiş son” kitabının redaktoru Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Allahverdi Məmmədov, rəssamı Aişə Məhərrəmovadır.

Xatırladaq ki, S.Şeydayev vaxtaşırı respublika mətbuatında elmi – publisistik məqalələrlə çıxış edir. “Ulduz” jurnalında, “525-ci qəzet”, “Ekspress” qəzetlərində hekayə və şeirləri çap olunub. “Bitməmiş son” isə onun ilk kitabıdır.

QAZİLER.AZ saytının kollektivi müəllifə yeni-yeni yaradıcılıq uğurları arzulayır.
Diaspora