Xalça Muzeyində “Bir eksponatın tarixi” - ÜZƏRLİK QABI

Xalça Muzeyində “Bir eksponatın tarixi” - ÜZƏRLİK QABI backend

Cari ilin 21 yanvar tarixində Azərbaycan Xalça Muzeyində “Bir eksponatın tarixi” layihəsi çərçivəsində muzeyin kolleksiyasında saxlanılan nadir eksponatlardan biri olan “Üzərlik qabı”nın tarixi haqqında qonaqlara ərtaflı məlumatlar verilib. Bu barədə QAZİLER.AZ-a Azərbaycan Xalça Muzeyindən məlumat verilib.


Bildirilib ki, qədim dövrlərdən üzərliklə bağlı inanclar insanların həyatında mühüm yer tutmuşdur. İnsanlar tərəfindən qoruyucu kimi qəbul edilən bu bitkini saxlamaq üçün hətta xüsusi üzərlik qabları da hazırlanmışdır. Belə nümunələrdən ikisi hazırda Azərbaycan Xalça Muzeyinin kolleksiyasında saxlanılır.



XIX əsrin sonuna aid olan üzərlik qabı bafta, tirmə materillarından istifadə edilməklə güləbətin və qaragöz texnikası ilə hazırlanmışdır. Üzərində bərabərtərəfli xaç ornamenti təsvir olunmuşdur. Xaç bərəkət və varlıq ideyası ilə bağlı olan qədim ayin nişanıdır. Bərabərtərəfli xaç qədim türklərdə Tenqriçilik inancının rəmzi olmuşdur. Türklər varlığı, mövcudluq modelini əsasən bərabərtərəfli xaç formasıyla ifadə edirdilər.





XX əsrin əvvəlinə aid olan digər üzərlik qabı məxmər, tesma, sərmə, bafta materillarından istifadə edilməklə qaragöz texnikası ilə sadə formada hazırlanmışdır. Hər iki nümunə bədii, texniki xüsusiyyətlərinə və tarixi əhəmiyyətinə görə kolleksiyanın nadir nümunələrindən sayılırlar.



Qeyd edək ki, eksponat haqqında məlumatlar Azərbaycan, ingilis və rus dillərində çatdırılıb.
Diaspora