Tanınmış türkiyəli sənətçi Özcan Dəniz 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib
Ölkə.Az-ın məlumatına görə, müğənni sosial şəbəkədə foto paylaşaraq "Başın sağ olsun, Azərbaycan" yazıb. Onun paylaşdığı fotoda "20 Yanvar 1990-cı ildə Sovet ordusunun Bakıda gerçəkləşdirdiyi qorxunc qətliamda şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirəm!" sözləri qeyd olunub.Xatırladaq ki, Özcan Dənizin Azərbaycan mahnısını ermənicə oxuması narazılığıa səbəb olmuş və sonradan sənətçi buna görə üzr istəmişdi.