Qalmaqallı boks səhnəsi "Recep İvedik 5" filmindən çıxarıldı.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bu barədə filmdə baş rolun ifaçısı Şahan Gökbakar "İnstaqram" səhifəsində bildirib.Qeyd edək ki, filmdə türk və azərbaycanlı boksçuların döyüşündəki dialoq və epizodlar narazılığa səbəb olmuşdu.
Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar da həmin dialoq və epizodlardan narahat olduğunu, filmin yaradıcı heyətinə həmin səhnənin çıxarılması üçün məktub ünvanlayacağını bildirmişdi.