İstiqlal Muzeyində Çanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar fotosərgi

İstiqlal Muzeyində Çanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar fotosərgi backend

Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Türkiyə səfirliyi, Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzi və Azərbaycanda Atatürk Mərkəzi ilə birlikdə Çanaqqala zəfərinin 100 illiyi ilə əlaqədar “Savaşdan barışa” adlı fotosərgi təşkil olunub.

Muzeydən Trend-ə verilən məlumata görə, sərgidə Çanaqqala zəfərini əks etdirən 45 ədəd fotoşəkil nümayiş olunub.



Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Yunus Əmrə Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri Əli Cura, Azərbaycanda Atatürk Mərkəzinin İctimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalı, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun çıxış ediblər.



Sərgidə Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, Azərbaycanda Atatürk Mərkəzinin və Yunus Əmrə İnstitutu Türk Mədəniyyət Mərkəzinin nümayəndələri, Prezident Qvardiyasının və Daxili Qoşunların əsgərləri və digər qonaqlar iştirak ediblər.
Diaspora