Xalq artisti Nəzakət Teymurova Opera və Balet Teatrından gedib. Kulis.aza danışan müğənni öz ərizəsi ilə işdən getdiyini bildirib. Müğənni bu barədə başqa açıqlama vermək istəməyib.
Opera və Balet Teatrının Mətbuat Xidmətindən isə bildiriblər ki, Nəzakət Teymurova ötən ilin noyabr ayından ərizəsini yazıb: “Nəzakət xanım aktiv pedaqoji fəaliyyətlə məşğul olurdu. Bizdə isə əvəzçilik üzrə işləyirdi. Ancaq Leyli rolunda çıxış edirdi. Buna görə də öz istəyi ilə ərizə yazıb. Biz də onun istəyini yerinə yetirmişik. ”