Yanvarın 14-də saat 17:00-da Azərbaycan Xalça Muzeyində Dövlət Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynovun “Azərbaycan xalçaçılığında bədii təfəkkür və ornament motivlərinin semantikasının varisliyi” adlı mühazirəsi təşkil olunacaq. Bu barədə Azərbaycan Xalça Muzeyindən QAZİLER.AZ-a bildirilib.
Mühazirə Azərbaycan xalçaçılığında ən geniş yayılmış ornamentlərin semantik mənasının açılmasına, onların müxtəlif forma və traktovkalarının müəyyən edilməsinə həsr edilib.Qeyd edək ki, mühazirə Azərbaycan dilində aparılacaq.