Dünyaca məşhur müğənni Sami Yusif Bakının qonağı olacaq. Musavat.com xəbər verir ki, sənətçi martın 22-si və 23-ü Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.
Gecədə xalq artisti Alim Qasımovun da iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, S. Yusuf 2015-ci ilin mart ayında Heydər Əliyev sarayında "Sarı gəlin" adlı konsert proqramı ilə çıxış etmişdi. 19 mahnı ifa edən sənətçi repertuarına "Sarı gəlin", "Getmə-getmə" və "Küçələrə su səpmişəm" kimi Azərbaycan mahnılarını da daxil etmişdi.