Əfsanəvi britaniyalı müğənni Corc Maykl 53 yaşında vəfat edib. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ifaçı öz evində dünyasını dəyişib. Sənətçinin ölüm səbəbi hələ açıqlanmayıb. Qeyri-rəsmi məlumatlara əsasən, müğənni ürək tutmasından həyatını itirib.
Qeyd edək ki, ikiqat “Qremmi” mükafatı laureatı Corc Mayklın albomlarının ümumi satış tirajı 100 milyon nüsxəyə yaxındır.Əfsanəvi müğənni vəfat etdi

