Ədəbiyyat üzrə Nobel mükafatçısı, alman əsilli yazıçı Günter Qrass 87 yaşında dünyasını dəyişib.
Trend-in məlumatına görə, “Qrimmlərin sözləri” adlı romanı ilə (2010) məşhur nağılçılar Vilhelm və Yakob Qrimm qardaşlarının həyatından bəhs edən G.Qrass 2012-ci ildə dərc etdiyi şeirlə İsrailin İrana qarşı siyasətini sərt tənqid etmişdi. Bu şeirdən sonra İsrail yazıçını antisemitizmdə ittiham edərək, “persona-non-qrata” elan etmişdi.1927-ci ildə Dansiq (indiki Qdansk – Polşa) şəhərində anadan olan yazıçı 17-18 yaşlarında SS-də xidmət edib. Lakin bu fakt təxminən 60 il sonra, 2006-cı ildə dərc olunan “Yaddaş soğan” kitabındakı etirafları nəticəsində məlum olub. O, 1959-cu ildə yazdığı “Tənəkə təbil” əsəri ilə ədəbiyyata gəlib. 1999-cu ildə “pritçaları ilə tarixin unudulmuş obrazına işıq saldığına görə” mükafat alıb.