“Disney” studiyası “Snapchat” messenceri üçün şou çəkəcək. İKT.lent.az-ın “Engadget” nəşrinə istinadən məlumatına görə, ilk layihə “Watch Party: The Bachelor” serialı olacaq ki, onun da nümayişi 2017-ci ilin yanvarın 3-də başlayacaq. O, “The Bachelor” yeni mövsümünün debütündən bir gün sonra efirə çıxacaq.
Hər bir epizodun davamiyyəti üç dəqiqədən 5 dəqiqəyə qədər davam edəcək. Seriyaya 24 saat ərzində baxmaq mümkün olacaq.
Bu, iki şirkətin əməkdaşlığının ilk nümunısi deyil. Daha əvvəl isə “Disney”in bölməsi olan ABC isə messencerlə “Oskar” mükafatının təqdim edilməsinin yayımının nümayişində əməkdaşlıq edib.
Bundan əvvəl isə xəbər verilib ki, sosial şəbəkədə “Snapchat”ın köməyi ilə “Disney” cizgi filmlərindən olan səhnələr çəkilib.