Qaziler.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin yaradıcılığına maraq onun ölümündən sonra da azalmayıb, əksinə daha da artıb. Bunu Rusiyanın paytaxtında ötən il satılan kitabların rəsmi statistikası da deyir:
“Apreldən sonra moskvalılar onun “Yüz ilin tənhalığı” romanını daha çox oxumağa başlamışlar. 2014-cü ilin nəticələrinə görə bu roman Moskva kitabxanalarında ən çox soruşulan əsərdir”, -deyə, Moskva şəhər mərkəzi kitabxanasının mətbuat xidmətindən bildiriblər.