Xalq artisti Fatma Mahmudova boşandığı həyat yoldaşı, mərhum əməkdar artist Tofiq Qarayevdən danışıb, kövrəlib.
Axşam.az-ın məlumatına görə, aktrisa “ATV maqazin onlarla” verilişində ondan boşandığı üçün peşman olduğunu deyib.F.Mahmudova bildirib ki, ayrılmalarına səbəb ətrafındakı insanlar olub:
“Ayrılandan sonra ona o qədər diqqət göstərirdim ki, çoxları boşandığımızı bilmirdi. Əvvəl onun yoxluğunu hiss etmirdim, bilmirdim bu qədər əzab çəkəcəm. Əgər bilsəydim, sağlığında başqa cür davranardım. Ayrılmağımıza səbəb ətrafımızın təzyiqi oldu. Ona da, mənə də çox sözlər deyirdilər. İndi çox peşman olmuşam".