“Torpaq uğrunda ölən varsa Vətəndir!” layihəsi davam edir

“Torpaq uğrunda ölən varsa Vətəndir!” layihəsi davam edir backend

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan İstiqlal Muzeyindən QAZİLER.AZ-a verilən məlumata görə, 2016-cı il noyabrın 30-da saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı layihənin yekun tədbir-sərgisi keçiriləcək.

2016-cı ildən Azərbaycan Respublikası Milli Qəhrəmanlarını bir daha anmaq məqsədilə muzeyimiz “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı layihəyə start verib. Bu layihə çərçivəsində Azərbaycan İstiqlal Muzeyi Bakı şəhərində yerləşən bir sıra məktəblərdə, hərbi hissələrdə Milli Qəhrəmanların, onların ailə üzvlərinin iştirakı ilə sərgi-tədbirlər keçirib, onların həyat və fəaliyyətini əks etdirən sənədli filmlər nümayiş etdirib.

Muzeydə təşkil olunan sərgidə İsgəndər Aznaurovun, Ələkbər Əliyevin, Eldar Tağızadənin, Əfqan Hüseynovun, Ələsgər Novruzovun, Hikmət Nəzərlinin, Məzahir Rüstəmovun, Salatın Əsgərovanın, Gültəkin Əsgərovanın və digər Milli Qəhrəmanların şəxsi əşyaları nümayiş olunacaq.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsinin, Milli Qəhrəmanların ailə üzvlərinin çıxışları və video çarxın nümayişi nəzərdə tutulub.
Tədbirdə Milli Qəhrəmanların dostları və ailə üzvləri, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak edəcəklər.

Diaspora