Gənc Tamaşaçılar Teatrında “Leyli və Məcnun” tamaşasının premyerası keçiriləcək

Gənc Tamaşaçılar Teatrında “Leyli və Məcnun” tamaşasının premyerası keçiriləcək backend

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Leyli və Məcnun” tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında ilk dəfə olaraq dramatik janrda hazırlanan eyniadlı tamaşanın hazırlıq prosesi yekunlaşmaq üzrədir.


Dekabrın 3-də nümayiş olunacaq səhnə əsərinin quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımovdur. Tamaşanın musiqi tərtibatçısı Kamil İsmayılov, məsləhətçisi İlqar Fəhmi, döyüşlərin quruluşçusu İsa Əsədov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Yeni səhnə əsərində əsas obrazları Əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nicat Kazimov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva və başqaları ifa edəcəklər.
Diaspora