"Kurtlar Vadisi Pusu" serialın 254-cü bölümünün anons görüntüləri yayılıb.
Görüntülərdə Polat Alemdarın adamlarının Suriyada İŞİD terror qruplaşmasına əsir düşdüyü yer alıb.Həmçinin Polat Alemdarın da Britaniya kəşfiyyatına qarşı əməliyyata başladığı görüntülərdə əks olunub.
Fəhmi Quzuzadənin baron olduğu konseyin azərbaycanlı iş adamı barəsində çıxardığı ölüm hökmünün həyata keçib-keçməyəcəyi aprelin 9-da yayımlanacaq bölümdə aydınlaşacaq.