İbrahim Tatlısəs 35 illik dostu ilə evlənir

İbrahim Tatlısəs 35 illik dostu ilə evlənir backend

Türkiyəli məşhur kino aktyoru Aydəmir Akbaş 35 illik yaxın dostu İbrahim Tatlısəsin yaxın zamanda evlənəcəyini bildirib. Axar.az xəbər verir ki, Nurgül Yaşılçay və Özcan Dənizin baş rollarını canlandırdığı "İkinci şans” filminin təqdimatına qatılan Akbaş bu xəbəri müxbirlərə çatdırıb və özünün də nikah şahidi olacağını vurğulayıb:

"İbrahim Tatlısəs yaxında evlənəcək. Mən də nikah şahidləri olacağam. Heç olmadığı qədər xoşbəxtdir. Onu belə görmək çox gözəldir”.

Qeyd edək ki, bir müddət əvvəl İ.Tatlısəsin "sağ əlim” adlandırdığı Damla Buket Çakıcı ilə evlənməyə hazırlaşdığı barədə şayiələr yayılsa da, müğənni yayılan şayiələri təkzib etmiş, belə yalan xəbər yayanları məhkəməyə verəcəyini bildirmişdi.
Diaspora