Dünən Moskvada rəssam Həmidə Məlikovanın sərgisi açılıb. Teleqraf.com xəbər verir ki, sərgidə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, teleaparıcı Hacı Nuran, Sərxan Kərəmoğlu, prodüser Anar Mədətov, müğənni Samir Priyev, Samir Cavadzadə və başqaları iştirak edib.
Həmidə Məlikova Cəlil Məmmədquluzadənin və Həmidə xanım Cavanşirin nəticəsi, dermato-venerologiya professoru Mina xanım Dəvətdarovanın və fiziologiya dosenti Ramiz Məlikovun qızı, Rusiya Böyük Teatrının solisti Elçin Əzizovun həyat yoldaşıdır.
Sərgi dekabr ayının 18-nə kimi davam edəcək.