Ukrayna “Eurovision” Mahnı Müsabiqəsini keçirməklə bağlı maliyyə problemi ilə üzləşib.
Qaziler.az-ın “Daily Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, müğənni Cəmilənin qələbəsi ilə əlaqədar bu müsabiqəni keçirmək hüququnu qazanmış Ukrayna bu məqsədlə 442 milyon qriven ayırıb.Bu vəsait Azərbaycanın 2012-ci ildə “Eurovision” Mahnı Müsabiqəsini təşkil etmək üçün ayırdığı vəsaitdən 3 dəfə azdır.
Ukrayna Milli Teleşirkətinin direktoru Zurab Alasaniyanın istefası da bunu təsdiqləyir. Z. Alasaniya deyib ki, maliyyə çatışmazlığı böhran həddindədir. Avropa Yayım İttifaqının vəd etdiyi yardımının da problem həll edəcəyi ehtimalı azdır. O, eyni zamanda müsabiqə təşkilatçılarının çoxlu sayda bürokratik maneələrlə üzləşdiyini vurğulayıb.
Əgər Ukrayna “Eurovision” Mahnı Müsabiqəsini təşkil edə bilməzsə, müsabiqənin təşkili hüququ Rusiyaya keçir. Ancaq Ukrayna və Rusiya arasında münasibətlərin gərgin olması da əlavə problem yaradır.