Noyabrın 3-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunan təntənəli yubiley mərasimi keçirilir.
Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimaiyyətin təmsilçiləri iştirak edirlər.Tədbirdə əvvəlcə xalq çalğı alətləri orkestrinin ifasında “Radio marşı” səsləndirilib.
Sonra ulu öndər Heydər Əliyevin Azərbaycan Radiosu və Televiziyasının yubileyində iştirakı zamanı çıxışından bir hissə nümayiş etdirilib.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV təntənəli mərasimdə çıxış edib.
Tədbirdə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkestrinin ifasında “Koroğlu” operasından uvertüra səsləndirilib.
Sonra Azərbaycan radiosunun fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Daha sonra ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının nümayəndələrinin təbrikləri çatdırılıb.
Yubiley tədbirində Azərbaycanın korifey sənətkarlarının ifalarından, həmçinin məşhur tamaşalardan parçalar nümayiş etdirilib, ölkəmizin tanınmış musiqiçilərinın ifaları dinlənilib.