Noyabrın 5-də Xalq Artisti Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova Parisdə konsert proqramı ilə çıxış edəcək.
Qaziler.az-ın məlumatına görə, AZƏRTAC xəbər verir ki, konsert proqramı Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutacaq. “Philharmonie De Paris - Cite De La Musique”də reallaşacaq konsertdə sənətkarları tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, balabanda Rafael Əsgərov, zərb alətində Cavidan Nəbiyev müşayiət edəcək.Alim Qasımov Fransada konsert verəcək

