Azərbaycanın torpaqlarını işğal edən və 23 ildir işğalçılıq siyasətini dəyişməyən Ermənistan bütün dünyanın dinc insanlarına təhlükə olaraq qalmaqdadır. Ermənilərin terrorçu düçüncəsi dəfələrlə əmələ çevrilərək nəinki azərbaycanlılara, əksər xalqaların nümayəndələrinə qarşı qanlı aksiyaları ilə gündəmə gəlib. Artıq xeyli müddətdir erməni terrorizmi barədə azərbaycanlılardan daha çox xarici elm adamları faktlara söykənən əsərlər yazırlar, kitablar nəşr etdirirlər. Belə alimlərdən biri də Rusiyanın tanınmış ziyalısı, tarixçi və siyasi - analitik Oleq Yuryeviç Kuznetsovdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, O.Kuznetsov V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edib. Alim Azərbaycan haqqında öyrəndiklərinə Forumdan aldığı təəssüratları da əlavə edərək, ölkəmizin tolerantlığının, əhalinin multikultural düşüncəsinin nümunə olduğunu xüsusi olaraq önə çəkib.O.Kuznetsov bir neçə dəfə Azərbaycanda olub. Rysiyalı politoloqun səfərləri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində gerçəkləşib. O, mühazirələr deyir, ustad dərsləri keçir, ölkə əhalisinə dünya elminin nailiyyətləri barədə məlumatlar verir.
Bu dəfə rusiyalı qonaq oktyabrın 24-də Azərbaycana təşrif buyurdu. O.Kuznetsovun bu səfəri xüsusi əhəmiyyət daşıyırdı. Rusiyalı alim “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” adlə yeni nəşr etdirdiyi kitabı da özü ilə gətirmişdi. Rus alimi erməni terrorunun iç üzünü ustalıqla açıb göstərib. Bilik Fondunun İdarə Heyətində belə qərara alındı ki, kitabın həm daxildə, həm də xaricdə təqdimatları keçirilisin.
Azərbaycan beynəlxalq antiterror koalisiyasının üzvüdür. Terrorçunun kimliyini və mahiyyətini açıb göstərmək həm də koalisiyanın üzərinə götürdüyü bir öhdəlikdir. Bu mənada O.Kuznetsovun kitabı beynəlxalq antiterror koalisiyasının fəaliyyətinə böyük təkan olar.
Azərbaycanın müxtəlif bölgələrində də "XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabını böyük maraqla qarşladılar. Xüsusən müxtəlif xalqların yaşadıqları ərazilərdə müəllifin özünün iştirakı ilə keçirilən görüşlər, açıq disskusiyalar əhalinin maariflənməsi istiqamətində geniş imkanlar açmış oldu.
Öncə Bakı şəhərində, sonra İsmayıllı, Qəbələ, Oğuz və Qax rayonlarında kitabın təqdimat mərasimləri keçirildi. Tədbirlər Bilik Fondunun Bilik Evlərində baş tutdu. Bununla yanaşı alim, İsmayıllı rayonunun İvanovka və Qəbələnin Nic kəndlərində yerli əhali ilə görüşdü. Qonağı səfərdə olduğu rayonların icra başçıları qəbul etdilər. İsmayıllı rayonu İcra Hakimiyyətinnin başçısı Mirdaməd Sadıqov kitabında məhz həqiqətləri yazdığına görə, qonağa dərin minnətdarlığını bildirərək vurğuladı ki, bu nəşri oxuyan hər kəs Ermənistanın işğalçı olduğunu təsdiqləyəcək. İcra başçısı bu arqumenti əsas götürərək, kitabın xaricdə təqdimatlarının keçirilməsinə böyük ehtiyac olduğunu dedi. Qax rayon İcra Hakimiyyəti başçısı Musa Şəkiliyev erməni terrorundan məhz rusiyalı alimin kiatb yazmasını hadisə adlandırdı. Oğuz rayon İcra Hakimiyyəti başçısı Eyvaz Qurbanov qonaqla görüşündə qeyd etdi ki, dünyanın obyektivliyi ilə seçilən alimləri, yazarları erməni xislətinin terrorçuluğa xidmət etdiyini əsərlərində dəfələrlə vurğulayıblar. Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev O.Kuznetsovun onun rəhbərlik etdiyi rayona səfər etməsini yüksək dəyərləndirərək, obyektivliyi özünə meyar seçən politoloqa minnətdarlığını bildirdi.
O.Kuznetsov demək olar ki, hər kəslə ünsiyyətdə olur, onların fikirlərini dinləyir, suallarını cavablandırırdı. İki günlük səfərin təəssüratlarını oktaybrın 29-da Bilik Fondunda təşkil olunan görüşdə auditoriya ilə bölüşən Rusiyalı alim Azərbaycan xalqının mədəni düşüncəsindən heyrətə gəldiyini etiraf etdi. O.Kuznetsov bildirdi ki, Azərbaycan xalqına qarşı illərdir aparılan məkrli siyasətin iç üzü faş edilməli, tolerantlığı ilə seçilən əhalinin rahat yaşayışına yönələn bütün silahlı və qeyri silahlı təhdidlərin qarşısı alınmalıdır. Natiq çıxışında erməni terrorizminin tarixi köklərinə ekuskurs edərək, vəziyyətin bu həddə çatmasının səbəblərindən danışdı.
Rusiyalı alimlə görüşdə, Bilik Fondu əməkdaşları, könüllüləri, Bakı Dövlət Universitetinin müəllim və tələbələri, tərcüməçilər iştirak edirdi. Çıxışından sonra iştirakçıların səsləndirdiyi fikirlər, diqqqətə çatdırdığı arqumentlərdən razılığını ifadə edən Rusiyalı alim olduqca gərəkli informasiyanı da bölüşdü. O.Kuznetsov bildirdi ki, Rusiyada yeni sayt yaradılır. “armenian-terrorism.com” saytının bir neçə dildə - rus, ingilis və türk dilində fəaliyyət göstərəcəyini diqqətə çatdıran O.Kuznetsov azərbaycanlıların təklifini nəzərə alaraq, saytın Azərbaycan dilində olacağını da söylədi. Rusiyalı alim dedi ki, bu saytın köməyi ilə bütün dünyanın erməni vəhşiliyindən xəbər tutacağına inandığını dilə gətirdi.
Rusiyalı alimin Azərbaycanda keçirdiyi görüşlər davam edir. Oktyabrın 30-u O.Kuznetsov Rus Dram Teatrında tanınmış rus yazıçısı Yuri Polyokovun əsəri əsasında hazırlanan "Xalam Bundu" tamaşasına baxıb. Tamaşadan yüksək təəssürat aldığını deyən alim azərbaycanlı aktyorların məharətlə çıxış etdiklərini xüsusi olaraq vurğulayıb.