"Teatrdan getməyim üçün ərizə yazmağıma ehtiyac yoxdur”.
Bunu BakıPost-a xalq artisti Fuad Poladov Akademik Dram Teatrından onun getməsi ilə bağlı yaydığı məlumata münasibət bildirirərkən deyib. Fuad Poladov teatrdan birdəfəlik getdiyini bildirib: "Mən bir daha təsdiq edirəm ki, teatrdan ayrılmışam. Bundan sonra teatrda fəaliyyətimi davam etdirməyəcəm. Mən heç vaxt işə qəbul olanda və ya işdən gedəndə ərizə yazmıram”.
Xalq artisti qeyd edib ki, sabah axırıncı tamaşasını oynayacaq: "Sabahkı tamaşa əvvəlcədən planlaşdırıldığı üçün oynayacam. Bu, sonuncu tamaşam olacaq”.