Azərbaycanlı “O səs Türkiyə“ni mat qoydu

Azərbaycanlı “O səs Türkiyə“ni mat qoydu backend

"O səs Türkiyə"də daha bir azərbaycanlı yarışmaçı səhnəyə çıxıb.

Qaziler.az xəbər verir ki,Zülfü Əsədzadəmusiqisi Cahangir Cahangirov, sözləri Zeynal Cabbarzadəyə aid olan "Ay qız" mahnısını səsləndirib. O, ifasıyla münsiflərin dördünü də özünə tərəf döndərib.

Z.Əsədzadə qeyd edib ki, o, Azərbaycanda əməkdar artistAybəniz Haşımovanın "Bülbüllər" qrupunun solistidir. Münsiflər çıxışıyla hər kəsi heyran edən Zülfünü komandalarına cəlb etmək üçün müxtəlif vədlər veriblər. O, sondaGökhanvəHakanqardaşlarını seçib.

Azərbaycanlı gənc seçimini seçimini belə izah edib:"Mən bura gələrkən ağlımda dönəcəyi təqdirdə hansı münsifi seçəcəyimi qərarlaşdırmışdım. Şükürlər olsun ki, onlar da döndü. Bu Hakan və Gökhandır".

Qeyd edək ki, TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan proqramın münsiflər kürsüsündə Sibel Can, Murad Boz, Hadisə, Gökhan və Hakan Özoğuz qardaşları oturub.



Diaspora