“Qarabağ geyimləri”nin təqdimatı olacaq

“Qarabağ geyimləri”nin təqdimatı olacaq backend

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında nəşr olunmuş"Qarabağ geyimləri”kitab-kataloqunun təqdimatı keçiriləcək. Bu barədə Elmin İnkişafı Fondunun mətbuat xidməti məlumat verib.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr edilmiş tədbirə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi təşkilati dəstək göstərir. Kitabın müəllifləri Fəzail Vəliyev və Gülzadə Abdulovadır.

Kitab-kataloqda ilk dəfə olaraq çöl-etnoqrafik materialları, arxiv sənədləri, muzey kolleksiyaları, ailə saxlanclarında qorunan foto-şəkillər əsasında XIX-XX əsrin əvvəllərində Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, məhəlli-lokal xüsusiyyətləri, əyani-vizual görüntüləri və tarixi-etnoqrafik tədqiqi, həmçinin dövrün sosial-siyasi və iqtisadi-mədəni hadisələrinin geyim mədəniyyətinə təsiri məsələləri öz əksini tapıb. Kataloqda xalq geyimlərinin ayrılmaz tərkib hissəsi olan və geyimləri tamamlayan bəzək elementləri (zərgərlik nümunələri, geyimə bənd edilən tikmə-hörmə bəzəklər və s.) də kataloqlaşdırılıb, onların elmi dəyəri müəyyən olunub.

Təqdimat 2016-cı il 21 oktyabr tarixində "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin zalında saat 11:00-da keçiriləcək.
Ünvan: AZ-1008, Bakı şəhəri, N.Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, 9. Əlaqə: (012) 489 08 94, (012) 489-95-06, [email protected],[email protected].

Diaspora