Azərbaycan Beynəlxalq Qahirə Kitab Sərgisinin fəxri qonağı seçilib

Azərbaycan Beynəlxalq Qahirə Kitab Sərgisinin fəxri qonağı seçilib backend

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi 2016-cı ildə Qahirə Beynəlxalq Kitab Sərgisində fəxri qonaq qismində təmsil olunacaq.

Mərkəzin mətbuat müşaviri Fərid Hüseynin APA-ya verdiyi məlumata görə, Misir Kitab Təşkilatının İdarə Heyətinin sədri Əhməd Məcahid və Misir Milli Tərcümə Mərkəzinin səlahiyyətli nümayəndələri görüş zamanı bu təkliflə çıxış ediblər: “Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi bu il Beynəlxalq Sərgidə öz ölkəsini uğurla təmsil etdi. Stendinizdə nümayiş etdirilən kitablardan da görünür ki, ölkəniz rəngarəng nəşr nümunələri ilə olduqca zəngindir. Gələn il Azərbaycanın Beynəlxalq Qahirə Kitab Sərgisində fəxri qonaq kimi iştirak etməsini istərdik”.

Növbəti il tədbirdə nəşrlərini nümayiş etdirmək üçün Azərbaycana 150 kv. m sərgi ərazisinin verilməsi və 20 nəfər nümayəndə heyətinin mərasimə qatılması qərara alınıb. Həmçinin sərgi müddətində hər gün Azərbaycanın dövlətçiliyi, Qarabağ həqiqətləri, ədəbiyyat və mədəniyyətlə bağlı tədbirlərinin, məruzə və müzakirələrin keçirilməsi üçün ölkəmizə sərginin Fəxri zalının ayrılacağına qərar verilib.
Diaspora