Cəfər Cabbarlı adına İrəvan Dövlət Teatrının aktyoru, mərhum xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalov insult keçirib.
Qaziler.az xəbər verir ki, bu barədə AzVision.az-a aktyorun bacısı Gülbəniz Zeynalova məlumat verib.O bildirib ki, qardaşı hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.
“Artıq üç gündür ki, qardaşım xəsətxanaya yerləşdirilib. İnsult keçirib, bir tərəfi işləmir. O, bir ilə yaxın idi ki, yüksək qan təzyiqindən əziyyət çəkirdi. Bir müddət buna görə müalicə aldı. Fikirləşdik ki, yəqin keçib gedər. Sən demə, xəstəliyi yüksək təzyiqə səbəb xroniki böyrək çatışmazlığıdır. Axrıncı dəfə təzyiqi qalxanda dərman qəbul edib, çəkilişə gedirmiş. Görünür, dərman təsir etməyib, evin həyətində yıxılıb. Qonşuların köməkliyi ilə xəsətxanaya yerləşdirilib. İndi huşu özündə deyil. Danışa bilmir”.