Azərbaycan Prezidenti İlham Əliyev xalq artisti Nurəddin Quliyevlə (Mehdixanlı) bağlı sərəncam imzalayıb.
Qaziler.az-ın məlumatına görə, sərəncamda deyilir:“1. Azərbaycan teatrının inkişafında xidmətlərinə görə Nurəddin Əzulla oğlu Quliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.