QAZILER.AZ saytı Hüseyn Cavidin oğlu Ərtoğrulun fortopianoda öz ifasında “Leylanın vəsfi” musiqisini təqdim edir. Azərbaycan xalqının böyük dramaturq və yazıçısı Hüseyn Cavidin yeganə oğlu, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin fitri istedada malik sevimli tələbəsi, ikinci dünya müharibəsinin və stalinizmin qurbanı, unudulmaz bəstəkar, gözəl şair, istedadlı rəssam, folklorçu və musiqi tədqiqatçısı Ərtoğrul Cavidin bir sıra bəstələri mövcuddur.
Hüseyn Cavidin Ev Muzeyi tərəfindən Ə.Cavidin həmin bəstələri CD formatında işıq üzü görmüşdür.Bu gün sizlərə həmin CD-dən Ərtoğrul Cavidin Türkmən Xalq şairi Kəminənin sözlərinə bəstələdiyi “Leylanın vəsfi” musiqisini Ərtoğrul Cavdin öz ifasında təqdim edirik.
Qeyd edək ki, Hüseyn Cavid xalq düşməni kimi həbs olunaraq Sibirə sürgün edilərək və orada vəfat etmiş, oğlu Ərtoğrul isə istedadının çağlayan bir vaxtında - 24 yaşında atasının ölümündən xəbərsiz şəkildə vərəmdən dünyasını dəyişib. Ərtoğrul qısa bir ömür yaşasa da, ancaq ömrünə ədəbiyyatşünas, bəstəkar, musiqişünas və rəssamlıq fəaliyyətini sığdıra bilib.
Rəşad Sahil
QAZILER.AZ