Aprelin 14-də görkəmli yazıçı, publisist, ictimai-siyasi xadim Nəriman Nərimanovun 145 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.
Nəriman Nərimanovun xatirə ev-muzeyində keçiriləcək tədbiri Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi təşkil edəcək.Ədibin ev-muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə elm, ədəbiyyat, mədəniyyət xadimləri, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak edəcəklər. N.Nərimanovun ömür yolundan, ictimai-siyasi fəaliyyətindən, ədəbi-bədii əsərlərindən söhbət açılacaq.
N.Nərimanov dövlət xadimi olmaqla yanaşı, həm də bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynayıb, ilk qiraətxananı da o, açıb. Ədəbiyyatçı kimi “Bahadır və Sona” əsəri ilə milli roman janrının, “Nadir şah”la isə ilk tarixi faciənin əsasını qoyub.