Bakıda Hind sərgisi açılıb

Bakıda Hind sərgisi açılıb backend

Hindistanın ölkəmizdəki səfirliyinin və Azərbaycan Sahibkarları Təşkilatı Milli Konfederasiyasının dəstəyi ilə

Bakıda üçüncü Hind mədəniyyəti beynəlxalq sərgisi açılıb. Sərgidə ziyarətçilərə əsasən əllə hazırlanan milli məişət avadanlıqları təqdim olunur.

Qaziler.az AZƏRTAC–a istinad edərək xəbər verir ki, sərginin pavilyonunda yüzdən çox bölmə var. Bu bölmələrdə Hindistandan gələn iş adamları və xalq tətbiqi sənət ustaları müxtəlif növdə ipək, qumaş və pambıq parçalardan hazırlanmış geyimlər, kəlağayılar, yaylıqlar və dəsmallar nümayiş etdirirlər.

Ziyarətçilər sərgidə hindistanlı zərgərlərin hazırladıqları zinət əşyaları ilə də tanış olmaq imkanı qazanıblar. Qiymətli ağaclardan hazırlanan mebellər, müxtəlif ev aksesuarları da maraqla qarşılanıb.

Sərgi iştirakçısı Afroz Rafi bu sərgidə iştirak etmək üçün artıq üçüncü dəfədir Bakıya gəldiyini deyir. Bildirilir ki, bu sərgi iki ölkə arasında həyata keçirilən uğurlu layihələrdəndir.

Beynəlxalq sərgidə ən çox maraq doğuran bölmələrdən biri də Hindistan mədəniyyətini əks etdirən guşədir. Bu bölmədə ziyarətçilər hind musiqisi və incəsənəti ilə tanış olurlar.

Sərgi aprelin 12-dək davam edəcək.
Diaspora