Xoş nəğmələrlə anılan sənətkar

Xoş nəğmələrlə anılan sənətkar backend

Qaziler.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün tanınmış bəstəkar Asəf Zeynallının doğum günüdür.

Cəmi 23 il ömür sürən istedadlı musiqiçi Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, dahi bəstəkar Üzeyir Hacıbəylidən dərs alıb.

A. Zeynallı həyatdan vaxtsız köçsə də, musiqi aləmində bir çox yeniliklərə imza atıb. Belə ki, Azərbaycan musiqisi tarixində ilk romans onun adı ilə bağlıdır. Görkəmli dramaturqumuz C.Cabbarlının sözlərinə yazdığı “Ölkəm” romansı isə yarandığı gündən müəllifinə böyük şöhrət qazandırıb və sevə-sevə dinlənilir.

A.Zeynallı həm də bir çox musiqiçilərin yetişməsinə böyük əmək sərf edib. Onların sırasında Tofiq Quliyev və Qara Qarayev kimi dünya şöhrəti bəstəkarların da adları var.

"Sevil", "Qayıdış", "Alov", "Hind qızı", "Küləklər şəhəri" və s. əsərlərə musiqi bəstələmiş bəstəkar, həm də "Uşaq süitası" ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub.

Asəf Zeynallı həm də, ilk dəfə bir neçə Azərbaycan xalq mahnılarını nota köçürüb.
Gənc bəstəkar yaradıcılığının qaynar inkişaf etdiyi bir dövrdə, ağır xəstəlikdən sonra vəfat edib.

Yaratdığı sənət inciləri ilə əbədiyaşarlıq qazanan sənətkarın adı bu gün xalqımız tərəfindən böyük hörmət və ehtiramla yad edilir.
Diaspora