Azərbaycan Prezidenti İlham Əliyev Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
xəbər verir ki, sənədə əsasən, Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının aşağıdakı üzvlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:“Əməkdar incəsənət xadimi”
Atayev Fəxrəddin Qəhrəman oğlu
“Əməkdar artist”
Əliyev Telman Adil oğlu
Əsədov Çingiz Eynulla oğlu
Qubadov Ceyhun Şahbala oğlu
Şahmuradova Nigar Oqtay qızı
Şahmuradova Viktoriya Aleksandrovna
Talıbzadə Xuraman Səmədağa qızı.