Muzeydə İnsan haqları, humanizm və maarifçilik mövzusunda tədbir keçirilib

Muzeydə İnsan haqları, humanizm və maarifçilik mövzusunda tədbir keçirilib backend

Azərbaycan İstiqlal Muzeyindən QAZİLER.AZ-a verilən məlumata görə, 2016-cı il sentyabrın 20-də saat 1200-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında İnsan haqları, humanizm və maarifçilik mövzusunda tədbir keçirildi. İnsan haqları — Humanizm və Maarifçilik Dövründə insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarını təsvir edir. Insan haqlarının əsas konsepti ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar hamıya aid edilir. İnsan haqları demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir.

Konstitusiyalarda əsas hüquqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqları inkar olunmaz bir hüquq kimi qəbul edilmişdir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanuniləşdirilmişdir.



Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin elmi-kütləvi işlər şöbəsinin müdiri Mirseyibli Sədi, “Polisə dəstək” ictimai birliyinin sədri, ekspert hüquqşünas, müharibə veteranı, ehtiyatda olan polis polkovniki Şəmsəddin Əliyev çıxış etdilər və “İnsan haqları nədir?” adlı film nümayiş olundu.



Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Milli Qvardiyanın əsgərləri, Hərbi Dəniz Qüvvələrin şəxsi heyəti və digər qonaqlar iştirak etdilər.
Diaspora