Azərbaycanın Gəncə şəhəri MDB-nin yeni mədəniyyət paytaxtı olacaq. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə MDB icra komitəsindən bildiriblər.
Bu barədə sabah MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasında elan olunacaq."MDB-nin mədəniyyət şəhəri bir il müddətinə seçilir. İndi mədəniyyət şəhəri - Türkmənistanın Daşoğuz şəhəridir. Sabah elan olunacaq ki, Gəncə - yeni mədəniyyət şəhəri olacaq. Həmçinin bununla bağlı tədbirlər planı təsdiq olunacaq", - MDB icra komitəsindən bildiriblər.