QAZİLER.AZ saytının Mədəmiyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bu gün saat 19:00-da Nizami Kino Mərkəzində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ilə "Stüdyo-19" şirkətinin istehsal etdikləri "Ağır illər...Xoş xatirələr" sənədli filminin təqdimatı keçiriləcək.
Sovet hakimiyyətinin repressiya illərində azərbaycanlıların Qazaxıstan çöllərinə sürgün olunmasından, onların burada bütün çətinliklərə tab gətirərək, qazax xalqı ilə qaynayıb-qarışıb həyatlarını davam etdirmələrindən bəhs edən filmin ssenari müəllifi və rejissoru Xalq Artisti Oktay Mir-Qasımdır.“Ağır illər...Xoş xatirələr” filminin təqdimatı keçiriləcək

