QAZİLER.AZ saytı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən xəbər verir ki, “Azərmarka” sirkəti daha bir poçt markası çap etdirib.
Növbəti marka Azərbaycanın görkəmli pedaqoqu və elm xadimi Əziz Şərifə həsr edilib.Poçt markasının üzərində Ə.Şərifin şəkli təsvir olunub. Markanın nominal dəyəri 0,50 manata bərabərdir.
Qeyd edək ki, Əziz Şərif çox sayda məqalələrin, elmi əsərlərin, tənqidi-bioqrafik oçerk və monoqrafiyaların müəllifidir.