Xalq artisti əməliyyat olundu

Xalq artisti əməliyyat olundu backend

Xalq artisti, rejissor Vaqif Əsədovun sol gözündə əməliyyat olunub.

Qaziler.az primetime.az-a istinadən bildirir ki, gözündə yaranan problemlə bağlı xəstəxanaya müraciət edən rejissorun sol gözünə iynə vurulub. Bu barədə rejissor özü məlumat verib:

" Əslində vəziyyətimdə şişirdiləcək heç nə yoxdur. Neçə illərdir gözümlə bağlı problem yaşayıram. Sol gözümə su yığılır. Hər halda həkimlərin qoyduğu diaqnoz belədir. Bu səbəbdən də, gözümün giləsinə iynə vurulur. Həmin iynənin vurulmasından sonra görmə qabiliyyətim yaxşı olur.

Bu dəfə də, xəstəxanaya müraciət etdim və özümü yaxşı hiss edirəm. Xəstəxanada yatmamışam. Hazırda, teatrdayam. Yəni, işlərimə davam edirəm."

Xatırladaq ki, xalq artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Vaqif Əsədov 2014-cü ildə ürəyindən əməliyyat olunub.
Diaspora