““Bomj” kimi yaşayırdı, meyitinə heç kim sahib çıxmadı” - Aktyorumuzun qandonduran hekayəti

““Bomj” kimi yaşayırdı, meyitinə heç kim sahib çıxmadı” - Aktyorumuzun qandonduran hekayəti backend

Rus Dram Teatrının ötən ay xəstəlikdən ölən keçmiş aktyoru Emil Tahirovla bağlı tükürpədən detallar məlum olub. Aktyorun vəfat etdiyi 7 saylı Vərəm Dispanserinin baş həkimi Habil İsmayılovun AzNews.az-a verdiyi məlumata görə, aktyor xəstəxanaya kimsəsiz halda gətirilib: “Emili təcili yardımla küçədən tutub gətirmişdilər. Gətiriləndə məlum oldu ki, küçə həyatı yaşayırmış, heç kəsi yoxdur. Aktyor “bomj” kimi yaşayırmış. Xəstəxanaya daxil olanda ciyərləri bərbad vəziyyətdə idi. Bir aydan artıq burada müalicə olundu”.


H. İsmayılovun sozlərinə görə, bu müddətdə aktyorun ziyarətinə heç kim getməyib: “Heç kimi yox idi. Kimsəsiz kimi öldü. Öləndən sonra da çox axtardıq ki, bəlkə bir kimsəsini tapaq. Dediyi ünvanlara adam göndərdik. Dedilər ki, satıb evi gediblər. Qonşuları vardı. Ona dedik ki, bu adam ölüb. Onlar da yaxın durmayınca biz də onu aparıb kimsəsizlər qəbiristanlığında dəfn elədik”.

Baş həkim sonda bildirib ki, E.Tahirovun ölüm kağızını bu gün xəstəxanadan aparıblar.

Qeyd edək ki, bir müddət bundan öncə aktyor E. Tahirovun itkin düşməsi ilə bağlı ölkə mətbuatında məlumat yayılmışdı.
Diaspora