“Maşa və Ayı” Bakıda səhnədə oynanılacaq

“Maşa və Ayı” Bakıda səhnədə oynanılacaq backend

TRİDA Beynəlxalq Prodüser Mərkəzi Bakıda “Xoşbəxtlik sandığı” adlı yeni interaktiv tamaşanı təqdim edəcək. Mərkəzdən bildirilib ki, “Maşa və Ayı” cizgi filminin motivləri əsasında səhnələşdirilən tamaşada balacalar yeni şən macəraları rahatlıqla seyr edə biləcəklər.

Musiqili və macəralı komediya janrında olan tamaşanın xronometrajı 55 dəqiqədir.

Dekabrın üçüncü ongünlüyündə nümayişi nəzərdə tutulan səhnə əsərinin süjeti Maşanın xoşbəxtlik axtarışı ilə bağlıdır.

Qeyd edək ki, tamaşada iştirak etmək üçün biletləri http://iticket.az/ saytından əldə etmək mümkündür. /Azərtac/
Diaspora