“İndiyə qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində üzvləri hansısa dini cərəyana, o cümlədən nurçuluğa mənsub olan dini icma qeydiyyatdan keçməyib. Dövlət Komitəsi hər hansı dini cərəyanı yox, dini icmaları qeydiyyata alır”.
Qaziler.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.G.İsmayılov deyib ki, indiyə qədər üzvləri nurçulardan ibarət hər hansı dini icma qeydiyyatdan keçməyib:
“Biz artıq 2009-cu ildən nurçuluğa aid dini ədəbiyyatın ölkəyə kütləvi şəkildə ixracına, idxalına, çapına məhdudiyyət qoymuşuq”.