Azərbaycanda turistlərin təhlükəsizliyi qanunla qorunacaq

Azərbaycanda turistlərin təhlükəsizliyi qanunla qorunacaq backend

“Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizmlə bağlı yeni qanun layihəsi hazırlanıb”. Lent.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Onun sözlərinə görə, layihə müvafiq dövlət orqanlarına təqdim olunub və hazırda razılaşmalar aparılır: “Yeni qanun bu il parlamentin müzakirəsinə çıxarılacaq. Bu qanun layihəsində turistlərin təhlükəsizliyi, sığortası ilə bağlı məsələlər öz əksini tapıb. Hazırkı turizm haqqında qanunda təhlükəsizlik və sığorta ilə bağlı məsələlər əks olunmayıb. Ona görə də biz bunun üzərində ciddi çalışırıq”.

Ə. Qarayev onu da vurğulayıb ki, indiyə qədər Azərbaycanda turistlərin təhlükəsizliyi ilə bağlı heç bir xoşagəlməz hadisə baş verməyib: “Turizm şirkətlərinə lisenziya verilən zaman nazirlik tərəfindən bu məsələyə xüsusi önəm verilir. Eyni zamanda Azərbaycanda indiyə qədər heç bir turizm şirkəti müflisləşməyib. Çünki hər hansı turist şirkəti təsis olunursa, deməli, o, iqtisadi əsaslara söykənir”.
Diaspora