Musiqili Teatr əlillər üçün tamaşa verdi

Musiqili Teatr əlillər üçün tamaşa verdi backend

Qaziler.az Atv.az-a istinədən xəbər verir ki, Musiqili Teatrın kollektivi Gənclərin Peşə Reabilitasiya Mərkəzində Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi 1 aprel Beynəlxalq gülüş günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində konsert proqramıyla çıxış edib.

Məlumatı təsdiqləyən Musiqili Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, tədbirdə Azərbaycan Respublikasının Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Əliyev, Naidə Orucova, Əkbər Əlizadə, Səidə Şərifəliyeva, vokalçı artist Şaban Cəfərov, Nigar Tofiq, Balet truppasının üzvləri Murad Əliyev və Cəlalə Novruzlu iştirak ediblər. Konsert proqramı çərçivəsində S. Ələsgərov, İ. Məlikzadənin “Hərənin öz ulduzu”, V. Adıgözəlov, Anarın “Adamın adamı” tamaşalarından parcalar, müxtəlif yumoristik səhnəciklər, mahnı və rəqs nömrələri nümayiş olunub. Tamaşaçılarla canlı ünsiyyət yaradan Musiqili Teatrın kollektivi sağlamlıq imkanları məhdud gənclərə unudulmaz anlar yaşadıblar. Sonda mərkəzin direktoru Rəhilə Həsrətova Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Musiqili Teatrın direktoru Əliqismət Lalayev başda olmaqla teatrın kollektivinə tədbirdə iştirak etdiklərinə görə təşəkkür edib.
Diaspora