“Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizmlə bağlı yeni brend patentləşib”. Lent.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir vurğulayıb ki, Avropa Oyunları zamanı və oyunlardan sonra milli mətbəx brendi təqdim ediləcək: “Bu, ilkin mərhələdə bir neçə oteldə, daha sonra isə bütün otellərdə tətbiq olunacaq. Qeyd olunan brend milli mətbəximizin qayda-qanununa uyğun hazırlanacaq”.
Nazirin sözlərinə görə, nazirlik otellərə Azərbaycanın mətbəx nümunələrini turistlərə təqdim etməyi tövsiyə edəcək: “Ümidvaram ki, otellər bu brendi təqdim edəndən sonra onların xidmətində də keyfiyyət dəyişikliyini görəcəyik. Çünki Azərbaycanda keçirilən tədbirlər və idman yarışları zamanı ölkəmizə gələn turistlərə yeməkxanalarda təqdim edilən milli xörəklərimiz onların çox xoşuna gəlir”.