Azərbaycanın tanınmış rəssamı Vüqar Muradovun “Nar” adlı sənət əsəri Tokioda keçirilən “Tokio İnternational Art Fair” yarmarkasında 50 min dollara satılıb. Bu barədə AZƏRTAC-a rəssam özü məlumat verib.
O qeyd edib ki, həmin əsəri vaxtilə 7 min dollara satıb.
Hazırda rəssamın əsərləri Antalyada keçirilən “Expo 2016” rəsm sərgisində nümayiş olunur.
Lüksemburq və Vaşinqtonda da tanınmış rəssamın əsərlərindən ibarət sərgilər açılıb.